Min bir dərdə dəva – Banan !

bananin faydalari

Bananin faydalari

Digər meyvələrin faydaları bir kənara, banan hamısından fərqlidir. İstər immunetitimizi gücləndirmək üçün, istər xəstəlikdə banan yeyirik ki tez sağalaq. Hətta adətlərimizcə xəstə ziyarətinə gedərkən belə banan aparılır.

Bananın hər 100 qramında 90 kkal enerji vardır həmçinin dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Tərkibində mövcud olan kalium qan təzyiqinin aşağı salınmasında xeyirlidir.

Həmçinin B vitamini ilə zəngin olan banan hər şeydən öncə əsəb sisteminin sakitləşdirilməsi deməkdir.

Tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var və aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq.

Banan diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu oynayır.
Bağırsaqların fəaliyyətini yaxşılaşdırır və depressiyadan əziyyət çəkənlərin dərmanıdır.

Gümrahlığı bərpa etmək üçün də yeməkarası banan yemək ən yaxşı variantlardan biridir.

Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etmək taa öncələrdən bu günümüzə gəlmiş bir adətdir və sübut olunub. Eyni zamanda bu meyvə iştahanı bərpa edir, göz altındakı torbaların aradan qaldırılmasında mühüm rol oynayır.

Banandan qaraciyər xəstəliklərinin qarşısını almaq üçün istifadə olunur. Yaşıl banan dadlı olmasa da tərkibində çox sayda nişasta olur.

Əziz xanımlar, bu meyvədən hazırlanmış maskalar hər cür dəriyə faydalıdır. Odur ki, banan maskaları ilə dərinizi təravətli və gözəl edə bilərsiniz.

 

…. Və ən önəmli faydası.. Şəkildən də gördüyünüz kimi; banan – bizi birləşdirən dəyər 🙂

Leave a Reply

Your email address will not be published.

, , , , , , , , , , , , , , , , ,