Bu pəhrizlə yeyərək arıqlayın !

pehriz

pehriz

1. 3 ağdan – un, şəkər tozu və duz tərkibli qidalardan imtina etməlisiniz.

2. Xüsusilə səhər acqarına (qaynadılmamış və strelizə olunmuş) bol su içməlisiniz.

3. Daha sonra 1 fincan südsüz və mümkün qədər şəkərsiz kofe (qəhvə) içməlisiniz.

4. Yalnız və yalnız ac olduğunuz halda yemək yeməlisiniz.

5. Səhər qəhvə içmək kifayətdir.

6. Çox acmısınızsa onda 12:00-dan sonra 2 qaynadılmış yumurta (duzsuz) və ya kartof, yaxud da həcmi böyük olmayan soyutma toyuq və yanında 1 pomidor yeyə bilərsiniz.

7. Ananas, alma və ya portağal şirəsi içə və ya meyvəsini yeyə bilərsiniz.

8. Axşam saat 18:00-dək ac qalmağınız vacib şərtdi. Əgər mümkün olmasa, o zaman 1 ovuc badam, kişmiş, qaysı qurusu və qara gavalı yeyə bilərsiniz.

9. Qara çaydan imtina edərək, yaşıl çaya üstünlük verməlisiniz. Metabolizmin sürətlənməsi üçün darçın və ya zəncəfil çaylarından da istifadə etmək olar. Təbii ki, çayı şəkərsiz, quru meyvələrlə içməlisiniz.

10. Saat 18:00-dan sonra yağsız və duzsuz şəkildə qaynadılmış və üzərinə qatıq əlavə olunmuş dənli bitkilərdən – qarabaşaq, qəhvəyi düyü, bulqur, yarma və s. hazırlayın. Üzərinə 200 qr. soyutma mal, toyuq və balıq əti əlavə edərək yeyin.

11. Saat 21:00-22:00 radələrində möhkəm acsanız, o zaman çoban salatı yeməklə kifayətlənməlisiniz.

12. Saat 22:00-dək bütün işlərinizi bitirib yatmalısınız. Araşdırmalar göstərir ki, saat 22:00 radələrində yuxuda olan şəxslərdə boy hormonları ifraz olunur ki, bu da arıqlamaq üçün əlverişli məqamdı.

13. Gün ərzində mümkün qədər piyada gəzin, velosiped sürün, hovuzda üzün, aerobika, yoqa və ya pilateslə məşğul olun.

Leave a Reply

Your email address will not be published.

Yorum onaylama sistemi etkin; yorumunuzun yayınlanması biraz zaman alabilir.

, , , , , , , , , , ,