Zeytunun faydaları

zeytunun faydalari

zeytunun faydalari

Süfrələrin bəzəyi, enerji mənbəyi, “elitar” bitki zeytun! O ən faydalı, şəfalı bitkilərdən biridir. Sağlamlıq üçün sonsuz faydası olan zeytun bir çox xəstəlik və səhhət problemlərinin qarşısını alır.

Zeytunun faydalarını belə sadalaya bilərik:

1. Enerji verir.
2. Həzmi qüvvətləndirir.
3 .Bağırsaqları yumşaldır və qəbizliyi aradan qaldırır.
4. Qaraciyər və baş ağrısını aradan qaldırır.
5. İştahanı açır.
6. Yüksək təzyiqi salır.
7. Zeytun yağı ürək – damar xəstəlikləri üçün çox faydalıdır.
8. Damarları açır.
9. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
10. Bağırsaq qurdlarını soxulcanlarını salır.
11. Böyrəklərdə qum və daş əmələ gəlməsinə mane olur.
12. Qan şəkərini saldığı üçün şəkər xəstələrinə faydalıdır.
13. Aclıq hissini öldürür.
14. Dərini qidalandırır və gözəlləşdirir.
15. Hüceyrələri yeniləyərək yaşlanmağın təsirlərini gecikdirir.
17. Körpə və yeniyetmə inkişafını dəstəkləyir.
18. Beynin və sümüklərin inkişaf edib, güclənməsini təmin edir.

Amerikanın həftəlik “Times” jurnalı da zeytunu ən sağlam qidalar qrupuna daxil edib. Belə ki, məşhur jurnal zeytun və onun yağının qanda xolestrolun miqdarını azaltmaq qabiliyyətinə malik olduğunu yazır. Ürəyi və qan damarlarını aterosklerozdan qoruduğunu qeyd edir.

Zeytun yağının faydası

Bir zeytun ağacı bir litr yağ deməkdir. Hətta bol məhsul verən zaman bir ağacdan iki litr yağ əldə etmək mümkündür. Zeytun yağı da min bir dərdin əlacıdır, desək, yanılmarıq. Belə ki, hüceyrə yenilənməsini sürtələndirən bu yağ hamilələrə daha da faydalıdır. Körpənin zəkasını inkişaf etdirir. Bundan əlavə, zeytun yağı yaşlanmanın qarşısını alır, dırnaq və saçlara hədsiz xeyirdir, dərini qoruyur, təraş edilən bölgəni yumşaldır və s.
Bir sözlə, zeytun yağı həm də kosmetik cəhətdən çox lazımi bitkilərdəndir.

Leave a Reply

Your email address will not be published.

Yorum onaylama sistemi etkin; yorumunuzun yayınlanması biraz zaman alabilir.

, , , , , , , , , , , ,